Kreml Azərbaycan və Ermənistan liderlərinin Moskvada görüşəcəyini təsdiqlədi

SİYASƏT
14:09 / 19.05.2023
609

Kreml Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Moskvada görüş olacağını təsdiqləyib.

HİT.az xəbər verir ki, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov görüşün gələn həftə keçirilə biləcəyini deyib 

“Gələn həftə biz Avrasiya inteqrasiyası məsələləri ilə məşğul olacağıq. Moskvada Avrasiya İqtisadi Forumu və Ali Avrasiya İqtisadi Şurasının iclası olacaq. Biz gözləyirik ki, həm Prezident İlham Əliyev, həm də baş nazir Nikol Paşinyan Moskvada olacaq. Biz mümkün əlaqələr barədə sizə vaxtında məlumat verəcəyik”, - o bildirib.

0