Güney azərbaycanlılar Berlində aksiya keçirirlər - FOTO/VİDEO

SİYASƏT
17:33 / 20.05.2023
591

Almaniyanın paytaxtı Berlində 2006-cı ildə İranda baş verən 22 may (1 Xordad) hadisələrinin növbəti ildönümü ilə əlaqədar etiraz aksiyası başlayıb.

Bu barədə "Report"un Avropa bürosunun aksiyanı işıqlandıran əməkdaşı xəbər verir.

"Unter Der Linden" meydanında toplaşan etirazçılar əllərində müxtəlif şüarlar, Azərbaycan və Güney Azərbaycanın bayraqlarını tutublar.

Aksiyada azərbaycanlılar, türkiyəlilər, Qaşqay türkləri iştirak edirlər. İrandan didərgin salınan və dünyanın müxtəlif ölkələrində məskunlaşmış Güney Azərbaycandan olan soydaşlarımız xüsusi ilə fəallığı ilə seçilirlər.   

Onlar "Azadlıq, Ədalət, Milli Hökumət” şüarını səsləndirilər.

Bir qədər sonra aksiyada çıxışlar olacaq. 

0