Elmira Axundova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

13:17 / 25.05.2023
328

Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Elmira Hüseyn qızı Axundova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

HİT.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, Elmira Axundova bir neçə gün əvvəl Azərbaycanın Ukraynadakı səfiri vəzifəsindən geri çağırılıb.

0