Fransa Azərbaycana qarşı təxribata davam edir - Separatçılara açıq dəstək

SİYASƏT
17:38 / 10.06.2023
413

Paris Şəhər Şurası yekdilliklə Qarabağda yaşayan ermənilərə təcili yardımın göstərilməsi haqqında qətnamə qəbul edib.

Trend xəbər verir ki, qətnamənin məqsədi Qarabağda yaşayan ermənilərə "humanitar yardım" göstərilməsidir.

Görünən odur ki, əsrlərdir müstəmləkəçilik siyasəti yeridən, milyonlarla insanın ölümünə səbəb olan,humanislik anlayışdan bixəbər olan Fransa ermənilərin uydurduqları "humanitar böhran" yalanına dəstək olmağa, hər kəsi bu yalana inandırmağa çalışır.

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsi vasitəsilə erməniəsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə etdikləri halda, onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şəraitin yaradıldığına baxmayaraq Fransa bu addımı ilə Azərbaycana qarşı açıq təxribata davam etməkıə yanaşı, separatizmi dəstəklədiyini növbəti dəfə nümayiş etdirmiş olur.

Müstəmləkəçilik siyasəti ilə Afrikanın təbii sərvətlərini talayan, yerli, günahsız əhalini qətlə yetirən Fransanın, qonuşunun torpağını işğal edən, soyqırımlar törədən Ermənistana bu dərəcə "can yandırması" heç də təəccüblü deyil.

Bu zamana qədər Fransa tərəfindən bu cür qərar və qətnamələr çox olub. Lakin uydurma yalanlarla qəbul edilən qətnamə, qərarlar reallıq qarşısında acizdir və buna görə də heç bir təsir gücünə sahib olmur.

0