Azərbaycan XİN Ermənistanın əsassız iddialarına münasibət bildirdi - FOTO

SİYASƏT
12:08 / 16.06.2023
463

Azərbaycan bayrağının Ermənistan ərazisində qaldırılması iddiası əsassızıdır.

HİT.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə "Twitter" hesabında bildirib.

"Dünən Laçın Sərhəd Məntəqəsində - Həkəri körpüsündə Azərbaycan bayrağı öz suveren ərazimizdə qaldırılarkən Azərbaycan Sərhəd Qoşunlarının hərbi qulluqçularına atəş açılıb.

Bu körpü yaxın zamanda Azərbaycan tərəfindən tikilib və bayrağın Ermənistan ərazisində qaldırılması iddiası əsassızdır”, - XİN sözçüsü qeyd edib.

0