"Ukrayna bizim üçün maraqlı bazar olmaqda davam edir".
Hit.az xəbər verir ki,bunu "NEQSOL Holdinq"in Baş icraçı direktoru Yusif Cabbarov öz social şəbəkə hesabında yazıb.
O bildirib ki, 21-22 iyun tarixlərində Londonda keçirilən Ukraynanın Bərpası Konfransında "NEQSOL Holdinq"i təmsil edib. Yusif Cabbarov eyni zamanda rəhbərlik etdiyi holdinqin Ukraynanın bərpasının əsas investorlarından biri olmasını diqqətə çatdırıb:
"Ukraynanın əsas investorlarından biri kimi "NEQSOL Holdinq" ölkənin bərpasına və inkişafına dəstək vermək öhdəliyi daşıyır. Ukrayna bizim üçün maraqlı bazar olmaqda davam edir və biz əlavə investisiya imkanlarını araşdırmaqda maraqlıyıq. Bütün dünyanın Ukraynanın yenidən qurulmasına diqqəti həqiqətən ruhlandırıcıdır və biz onun böyük potensialına inanırıq. İnanırıq ki, güclərimizi birləşdirməklə biz əlamətdar nəticələr əldə edə və müsbət dəyişikliklərə səbəb ola bilərik".
Aynur Qəniyeva