Paşinyandan Azərbaycanla bağlı daha bir etiraf

SİYASƏT
12:45 / 27.06.2023
641

Ermənistan Baş naziri Nikol Paşinyan 1994-cü ildə atəşkəsdən sonra ölkəsinin tənəzzülə uğradığını, Azərbaycanın isə inkişaf etdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə Ermənistan parlamentində 44 günlük müharibəni araşdıran istintaq komissiyasının növbəti iclasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“1994-cü ildə atəşkəs elan edilən zaman qeyd olundu ki, Ermənistan tərəfi müharibədə qalib gəlib, Azərbaycan tərəfi isə məğlub olub. Bəs niyə bu qələbə nəticəsində Ermənistanın əhalisi artmadı, əksinə azaldı və Azərbaycanı iqtisadiyyat sahəsində rəqabətdə məğlub etmək mümkün olmadı? Bu, təhlükəsizliyin təmin olunması və hərbi büdcə ilə bağlıdır”, - Paşinyan deyib.

Baş nazir əlavə edib ki, 1997-1998-ci illərdə Qarabağ məsələsi Ermənistanın daxili siyasətində çox mühüm yer tuturdu.

0