İlham Əliyev, Şarl Mişel və Paşinyanın bu ölkədə görüşü planlaşdırılır

SİYASƏT
19:17 / 02.07.2023
640

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında üçtərəfli görüş planlaşdırılır.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan məlumat verib.

O bildirib ki, oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin üçüncü sammiti təşkil ediləcək. Üçtərəfli görüş də məhz həmin sammit çərçivəsində baş tutacaq.

0