"Qisas-3" əməliyyatı başlayır? - AÇIQLAMA

SİYASƏT
16:44 / 05.07.2023
1021

"Hər gün "Qisas-3" əməliyyatının başlama ehtimalı artır".

Bu sözləri HİT.az-a açıqlama verən politoloq Rusif Məmmədsoy deyib.

O bildirib ki, danışıqlar masasında müsbət istiqamətdə ciddi bir irəliləyiş əldə olunmur:

"Xüsusilə də Rusiya öz öhdəliklərini yerinə yetirmir. Azərbaycan tərəfi Prezident İlham Əliyevin timsalında dəfələrlə qeyd edib ki, status məsələsi yoxdur və ermənilər üçün heç bir üstün qanun tətbiq olunmayacaq. Azərbaycan vətəndaşları kimi orada yaşayan ermənilər də eyni qanunlar çərçivəsində və eyni Konstitusiya altında yaşayacaqlar. 

Ancaq görünən odur ki, terrorçubaşı Arayik Arutyunyan və dəstəsi hər açıqlamasında Azərbaycana tabe olmayacaqlarını deyir. Üstəlik, Xankəndi və Bakını ayrı-ayrı tərəflər kimi qeyd edirlər. Yəni artıq danışıqlarda heç bir irəliləyiş olmur və erməni icması ilə görüşlərimizə isə imkan yaradılmır. Ona görə də hesab edirəm ki, Azərbaycan tərəfi artıq qərarını verib".

329375

Politoloq vurğulayıb ki, "Qisas-3" əməliyyatı son nöqtələrdən biri kimi dəyərləndirilməlidir:

"Bu günə qədər əməliyyatlar Xankəndinin ətrafında olurdusa, artıq həmin əməliyyatlar Xankəndinin içərisinə doğru irəliləyə bilər. Biz növbəti əməliyyatları məhz Xankəndi daxilində izləyə bilərik. 

Bu səbəbdəndir ki, Arayik Arutyunyan da bu həyəcanı hiss edərək Rusiya Prezidenti Vladimir Putinə məktub göndərib. Belə demək mümkündürsə, məktubda ona çox sərt formada ultimatum verib. O deyir ki, bizim təhlükəsizliyimizin qarantiyası və axırımız necə olacaq? Artıq belə suallar verilirsə, deməli separatçı dəstə də reallığı başa düşür. Ruslar onları ora gətirərək himayə edəcəklərini, sifarişləri də məhz Putin tərəfindən aldıqlarını bildirirdilər. Ancaq görünən odur ki, Azərbaycan Ordusunun Laçın dəhlizinə nəzarətindən sonra silah daşınmasına imkan verilmədiyi üçün növbəti mərhələdə əməliyyat olacaq. 

Əlbəttə ki, bu əməliyyatda da həmin o terrorçu dəstələr zərərsizləşdiriləcək. Onların hər biri Azərbaycan əsgərinin legitim hədəfidir. Buna görə də "Qisas-3" əməliyyatının başlama ehtimalı çox realdır. Hesab edirəm ki, yaxın perspektivdə bunun şahidi olacağıq".

Pərviz

0