"Meşəli soyqırımı ilə bağlı daha 8 nəfərin şəxsiyyəti müəyyən edilərək axtarışa verilib".
Bu barədə Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov danışıb.
Onun sözlərinə görə, "Laçın" sərhəd-buraxılış məntəqəsində ələ keçirilən Vaqif Xaçaturyanın axtarışı ilə bağlı qərar 2013-cü ildə verilib:
"İlkin araşdırma zamanı 9 erməni əsilli silahlı müəyyən edilib və onlar axtarışa verilib. Onlardan biri Vaqif Xaçaturyan saxlanılaraq istintaqa təhvil verilib".//Bizim.Media