Yaşar Əliyev Qarabağ ermənilərinin toyunu belə təbrik etdi - VİDEO

SİYASƏT
10:08 / 17.08.2023
600

“Mənim BMT-nin Ali Məclisinə təqdim etmək istədiyim başqa bir məsələ də var. Sosial şəbəkələr yerli ermənilərin müxtəlif yubileyləri, toyları, ad günlərini və digər xoş hadisələri qeyd edən müxtəlif videolarla doludur”

Bunu Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Qarabağ bölgəsində guya “humanitar böhran”la bağlı müzakirələrdə cavab olaraq səsləndirib.

“Bu videolar onların orada aclıq çəkmələri və humanitar böhrandan əziyyət çəkmələri barədə deyilənləri qəti şəkildə təkzib edir. Mən ərazimizdəki etnik erməniləri nəzərdə tuturam.

Gördüyünüz kimi, insanlar xoşbəxtdirlər, toylarda rəqs edirlər, ad günlərini qeyd edirlər. Budur çox dadlı tort və sair.

Bu məlumatı mənim sağımda oturan həmkarımla bölüşməkdən məmnunam” – deyə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Yaşar Əliyev qeyd edib.

0