Prezidentin köməkçisi: “Bu, təbliğatın iyrənc formasıdır”

SİYASƏT
12:53 / 19.08.2023
437

“Fransanın anti-Azərbaycan təbliğatı davam edir”.

HİT.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”də yazıb.

O bildirib ki, Fransanın “France24” məqaləsində Azərbaycanlı qadının 2020-ci ildə çəkilən fotosu “erməniləşdirilib”:

“Bu, təbliğatın iyrənc formasıdır. Obyektivlikdən, jurnalist etikasından uzaqdır”.

 

 

0