Elmar Məmmədyarov rusiyalı nazirlə münasibətlərindən danışdı

SİYASƏT
20:20 / 19.08.2023
516

"Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu ilə çox yaxşı münasibətlərimiz var. İndi də danışırıq. O, çox güclü və bacarıqlı diplomatdır. Bilirsiniz ki, Mövlud Çavuşoğlu siyasi fəaliyyətini millət vəkili kimi davam etdirir. O, Türkiyə Böyük Millət Məclisinin NATO-dakı nümayəndə heyətinin rəhbəridir. Düşünürəm ki, Çavuşoğlu xarici işlər naziri kimi qazandığı uğuru yenə əldə edəcək". 

HİT.az xəbər verir ki, bunu "Report"a müsahibəsində Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Elmar Məmmədyarov Türkiyənin indiki XİN başçısı Hakan Fidanla bağlı da danışıb: "Hakan bəyi də tanıyıram. Onun da bacarığına bələdəm. Bu mənada Türkiyənin praqmatik xarici siyasət kursunun olduğu kimi davam edəcəyinə əminəm".

Sabiq nazir Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da danışdığını bildirib: "İndi daha çox jurnalistlərlə dostluq edirəm, onların suallarını cavablandırıram (gülür). Amma bəzi diplomat və siyasətçi dostlarımla da ünsiyyətim davam edir. Məsələn, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla arada danışır, yazışırıq".

0