Paşinyan: “Ermənistan Azərbaycana sülh sazişinin imzalanması ilə bağlı yeni təkliflər təqdim edib”

SİYASƏT
12:30 / 24.08.2023
472

“Ermənistan Azərbaycana sülh sazişinin imzalanması ilə bağlı yeni təkliflər verib”.

HİT.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

"Mən Ermənistanın sülh gündəliyinə sadiqliyini vurğulamaq istəyirəm. Sizə bildirməliyəm ki, biz Azərbaycan tərəfinə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı yeni təklifimizi göndərmişik", - o bildirib.

0