"Laçın" sərhəd-buraxılış məntəqəsi mühüm əhəmiyyətə malikdir - RƏY

SİYASƏT
11:23 / 29.08.2023
685

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan bayrağını təhqir edən 3 erməni “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanıldı.

Onlar, 2021-ci ildə Azərbaycan bayrağını təhqir ediblər. Həmin zaman faktla bağlı Azərbaycan Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi il cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. 

Müdafiə hüquqları təmin edilməklə istintaqa cəlb edilən şəxslər dindirmə zamanı törətdikləri əməli etiraf edərək səmimi peşman olduqlarını, gələcəkdə bir daha bu kimi hərəkətlərə yol verməyəcəklərini bildirib. Təqsirləndirilən şəxslərin yaşı, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmaları nəzərə alınıb və cinayət prosessual qanunvericiliyin tələblərinə əməl olunmaqla humanizm prinsipi tətbiq edilərək onların barəsində cinayət təqibinə xitam verilib.

Onlar, məhkəmənin qərarı ilə 10 gün müddətə inzibati həbs tətbiq olunub. İnzibati həbs cəzasının icrasından sonra qeyd olunan şəxslərin Azərbaycan hüdudlarından kənara çıxarılması təmin olunacaq.

Beləliklə, Azərbaycan bununla bir daha göstərdi ki, əli vətəndaşlarımızın qanına batmış, ölkəmizə və bayrağımıza qarşı təxribat törətmiş ermənilər cinayət məsuliyyətinə cəlb olunacaq. Rəsmi Bakı bu haqlı mövqeyindən geri çəkilməyəcək.

Siyasi şərhçi Kənan Novruzov HİT.az-a  açıqlamasında xatırladıb ki, bundan əvvəl də oxşar hadisə olmuş, Meşəli cinayətkarı Vaqif Xaçaturyan saxlanılmışdı:

332748

"İndi də daha 3 şəxs saxlanıldı. Xaçaturyan kimi dünən saxlanılan həmin 3 nəfər də cinayətkardır. Onlar, Azərbaycan bayrağını təhqir etməklə cinayət törədiblər. Ona görə də qanunvericiliyimiz qarşısında müvafiq qaydada cavab verməlidirlər. Cinayətkar ermənilərin “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılması isə mühüm əhəmiyyətə malikdir. Birincisi, biz göstəririk ki, Qarabağda yaşayan hər kəs Azərbaycan qanunvericiliyi qarşısında məsuliyyət daşıyır və kimsə məsuliyyətdən yayına bilməz. İkincisi, kimsə Azərbaycan ərazisində qanunsuz yaşaya bilməz".

Ekspert hesab edir ki, prosesin davamı da gələcək:

"Qarşıdakı günlərdə daha bir neçə cinayətkarın bu qaydada saxlanması mümkündür. Ermənilər indiyə kimi torpaqlarımızda “at oynadırdılar”. “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulmasından sonra isə buna imkan verilmir. Gələcəkdə saxlanılan terrorçuların sayının artması ermənilərə həm də psixoloji təzyiq olacaq. Onlar başa düşəcəklər ki, torpaqlarımızda qanunsuz yaşaya bilməzlər. Beləliklə, ya çıxıb gedəcək, ya da vətəndaşlığımızı qəbul edəcəklər. Əlbəttə, Laçın yolundakı “cinayətkar ovu” həm də reinteqrasiya prosesini sürətləndirir".

Pərviz

0