Araikin "istefa"sının səbəbi bəlli oldu - RƏY

SİYASƏT
11:30 / 01.09.2023
635

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Xankəndi şəhərindəki separatçıların başçısı "istefa" verdi.

O, qondarma qurumun "rəhbəri" vəzifəsindən getdiyini rəsmən açıqladı. Üstəlik, "istefa" verən tək separatçı o deyildi. Oradakı qondarma qurumun "dövlət naziri" Qurgen Nersisyan və "dövlət nazirinin müşaviri" Artak Belaryan da "istefa" verdi. 

Ümumiyyətlə, separatçılar arasındakı kütləvi "istefa"ların əsas səbəbi nə idi? 

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Elçin Abdullayev bildirib ki, ötən gün qondarma rejimdə baş verən "istefa"lar gözlənilməz deyildi:

"Çünki hadisələrin gedişatı bu mənzərənin nə zamansa meydana çıxacağını göstərirdi. Sözügedən "istefa"ların başlanğıcının fevral ayında qoyulduğunu düşünürəm. Məhz fevral ayında Rusiyanın Qarabağa göndərdiyi qondarma rejimdə saxta "dövlət naziri" postunu tutmuş Ruben Vardanyan "istefa" vermişdi. Onun fevral ayındakı "istefa"sı ötən günkü "istefa"ların davamını gətirdi".

Ekspert vurğulayıb ki, Araik Arutyunyan gələcək perspektivdə özünü sığortalamaq üçün "istefa" verdi:

332949

"O, artıq dərk etməyə başladı ki, nə qədər şou yaratsa da, Azərbaycanla bağlı beynəlxalq ictimaiyyətə nə qədər şikayət etsə də, bunların hər biri yersiz və mənasızdır. Onlar, bu cür şikayətlərlə Azərbaycana qarşı heç bir təzyiq göstərə bilməyəcəklər və ölkəmizə tutduğu mövqedən geri addım atdırmağa nail olmayacaqlar. Bu baxımdan, hesab edirəm ki, Araik Arutyunyan gələcəkdə Qarabağdakı ermənilərin ona qarşı baş qaldıracağından qorxdu və müəyyən mənada məsuliyyətdən yayınmaq üçün belə bir addım atdı. Araik, gözəl başa düşürdü ki, Azərbaycan geri çəkilməyəcək və seprataçılar isə hazırkı status-kvonu belə qoruyub saxlaya bilməyəcəklər. O, erməniləri daha da çıxılmaz vəziyyətə qoyacağını anladığı üçün bu cür addım atdı. Bununla da gələcəkdə özünün təhlükəsizliyini sığortalamaq istədi. Çünki bir nöqtədə Qarabağda yaşayan ermənilər ona qarşı baş qaldıracaqdı. Bu isə istər-istəməz həm Araikin, həm də digər separatçıların təhlükəsizliyini sual altına qoyurdu. Araikin yerinə gələn Samvel Şahramanyan adlı separatçı da bir müddət sonra analoji addımı atmağa məcbur olacaq".

Politoloq qeyd edib ki, Araik "istefa" vermək məcburiyyətində qaldı:

"Bu "istefa"dakı əsas pay mütləq ki, Azərbaycan diplomatiyasın uğuruna yazılmalıdır. Araikin istefasının nöqtəsinin 29 avqustda Bakıdan Xankəndinə göndərilən 40 tonluq humanitar yardım qoydu. Çünki həmin yardımın Xankəndinə göndərilməsi bir neçə istiqamətə mesaj ötürdü. Onlardan da biri Xankəndidə yaşayan ermənilərə idi ki, biz sizi ərzaq və digər lazım olan məhsullara təmin etməyə hazırıq, amma seprataçılar imkan vermir. Düşünürəm ki, humanitar avtomobil karvanının Xankəndinə göndərilməsi bu "istefa"nı daha da sürətləndirdi".

Pərviz

0