"Müsavat", AXCP və REAL dövlət qeydiyyatına alındı

SİYASƏT
19:00 / 09.09.2023
617

Ədliyyə Nazirliyi Müsavat Partiyasının üzvlərinin reystr siyahısı ilə bağlı müraciətinə müsbət cavab verib.

Qaynarinfo xəbər verir ki, bu barədə partiya sədri Arif Hacılı məlumat yayıb.

Həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) təkrar dövlət qeydiyyatına alınıb. Bu barədə AXCP sədri Əli Kərimli məlumat verib.

Bu gün Ədliyyə Nazirliyi REAL Partiyasına da müsabət cavab verib. Bu barədə partiya rəsmisi Natiq Cəfərli məlumat yayıb

0