Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) dövlət qeydiyyatına alınlıb.
Bu barədə HİT.az-a partiyadan məlumat verilib.
Bildirilib ki, ADİP “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası qanununun tələbinə uyğun olaraq partiya üzvlərinin reyestr məlumatlarını və qeydiyyat üçün tələb olunan digər sənədləri Ədliyyə Nazirliyinə təqdim edib. Nazirlik partiyaya müsbət cavab verib.
Qeyd edək ki, ADİP-in sədri deputat Asim Mollazadədir.