“Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb”.
HİT.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan Qarabağda hansısa etnik təmizləmədə maraqlı deyil: “Ermənistan baş naziri Nikol Paşinyanla daim təmasdayam. Bu günlərdə ondan ətraflı məktub almışam”.
“Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. Ermənistan özü Qarabağın statusunu müəyyən edib”, deyə Putin vurğulayıb.