Türkiyə ordusundan Ermənistana Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlıq: Nə tələb olunur?

SİYASƏT
22:17 / 14.09.2023
436

Türkiyə Milli Müdafiə Nazirliyi Ermənistana sülh sazişinin bağlanması və üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsi ilə bağlı çağırış edib.

Publika.az xəbər verir ki, rəsmi açıqlamada üç məqam xüsusilə vurğulanır.

Birincisi, İrəvana sülh üçün uzadılan əli geri çevirməmək çağırışı edilir;

İkincisi, Ermənistanın atəşkəsi pozduğu, yeni səngərlər qazdığı, hərbi mövqelərini gücləndirdiyinin müşahidə edildiyi bildirilir; təxribatlardan çəkinməyə dəvət edilir;

Üçüncüsü, bölgənin təhlükəsizliyi üçün sülh sazişinin imzalanmasının vacibliyi qeyd olunur və əlavə edilir ki, bu prosesdə Zəngəzur dəhlizinin açılması böyük əhəmiyyət kəsb edir;

Bu açıqlama Türkiyənin Ermənistana xəbərdarlığıdır. Diqqətçəkən məamlardan biri xəbərdarlığın Ərdoğanla Paşinyanın telefon söhbətindən sonra edilməsidir. Görünür, Ərdoğan Paşinyana bölgədəki vəziyyəti izah edib, öhdəliklərini yerinə yetirməyəcəyi, xüsusilə Zəngəzur dəhlizinə qarşı çıxacağı təqdirdə nələrin olacağını deyib. İndi də Türkiyənin hərbi rəhbərliyi bu xəbərdarlığı yeniləyir və açıq şəkildə Zəngəzur dəhlizinin açılması qeyd olunur.

0