ABŞ-ın anti-Azərbaycan siyasəti aparmasına səbəb nədir? - RƏY

SİYASƏT
12:42 / 19.09.2023
820

"ABŞ-ın anti-Azərbaycan siyasəti yürütməsinin başlıca amili Konqresdə erməni əsilli və yaxud da erməni lobbisinin təsiri altında qalan kifayət qədər siyasətçinin olmasıdır".

Bunu HİT.az-a açıqlama verən politoloq Rusif Məmmədsoy deyib.

O bildirib ki, ABŞ-ın bölgə ilə bağlı uzunmüddətli strategiyası var:

"Düzdür, ABŞ bu gün Ermənistanla hərbi təlimlər də keçirir. Ancaq ümumi nəticədə rəsmi Vaşinqtonun bütünlüklə Azərbaycanı hədəf aldığını düşünmürəm. Hesab edirəm ki, ABŞ-ın bu addımlarının arxasında xüsusilə Rusiya amili dayanır. Ağ Evin addımları Rusiyanı Cənubi Qafqazdan çıxarmaq məqsədi daşıyır". 

334035

Ekspertin sözlərinə görə, ABŞ-ın xarici siyasətini, xüsusilə Qarabağla bağlı mövqeyini 3 müstəvidə ayrı-ayrı təhlil etmək lazımdır:

"Birincisi, 27 sentyabr 2020-ci ilə qədər olan dövrdür. O zaman qədər ATƏT-in Minsk qrupunun həmsədrindən biri olan ABŞ Fransa və Rusiya kimi ermənipərəst mövqe sərgiləyirdi. Həmçinin, 2020-ci ildən 2022-ci ilə qədər olan dövrdə də eyni ritorika davam etdi. Xüsusilə, Donald Trampın yerinə Co Baydenin hakimiyyətə gəlməsi ilə bu proses sürətləndi. 2022-ci ildən indiyə qədər isə vəziyyət tamamilə dəyişdi. Çünki 24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başlaması bölgədə yeni reallıqlar yaratdı. Bu, qlobal güclərin də xarici siyasətlərində bir sıra korrektələrə səbəb oldu. Onlardan biri də Qarabağ məsələsidir".

Politoloq qeyd edib ki, bu gün ABŞ-ın, Kollektiv Qərbin və Anklosaks ittifaqının əsas hədəfi Rusiyanı Cənubi Qafqazdan çıxarmaqdır:

"Bunun da ən optimal variantı Ermənistan-Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanması və bölgəyə əmin-amanlığın gəlməsidir. ABŞ-ın bu gün mövqeyi necə olur-olsun Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. Yəni rəsmi Vaşinqton bunu tələb edir və istəyir".

Pərviz

0