Hikmət Hacıyev Yevlax görüşü haqda danışdı

SİYASƏT
20:42 / 20.09.2023
566

“Azərbaycanın mövqeyi bəllidir. Bunu dəfələrlə Prezident Administrasiyası səviyyəsində bəyan edib”.

HİT.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

“Əldə olunmuş razılaşmanın tərkib hissəsi olaraq erməni qoşunlarının və Azərbaycanın Qarabağ bölgəsində olan Ermənistanın silahlı qüvvələrinin tam tərkisilah edilməsi, döyüş mövqelərindən və postlarından çıxaraq silahlarını yerə qoyması prosesinin tərkib hissəsi olaraq biz reinteqrasiya modelinin vacib elementi kimi mülki əhalinin nümayənələri ilə Yevlax şəhərində görüşməyə hazır olduğumuzu bir daha bəyan etmişik. Bu, Azərbaycanın təşəbbüsüdür. Bu təşəbbüsü bir neçə ay əvvəl də yerinə yetirmək olardı. Amma onlar müxtəlif bəhanələrlə bu pozitiv gündəliyin həyata keçirilməsinə imkan vermirdilər”, - H. Hacıyev əlavə edib.

0