Azərbaycan səfiri ermənilərə müraciət edib

SİYASƏT
17:28 / 23.09.2023
532

“Əgər biz insanların birgəyaşayışını istəyiriksə, onda sülh prosesini dəstəkləməliyik”.

HİT.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov ABŞ-ın “Politico” nəşrinə açıqlamasında deyib.

Diplomat xatırladıb ki, 2020-ci ildə əldə olunmuş razılığa əsasən Ermənistan qanunsuz hərbi birləşmələri Qarabağdan çıxarmalı idi.

E.Süleymanov vurğulayıb ki, azərbaycanlılar heç vaxt ermənilər kimi davrana bilməz: “Ermənilər 90-cı illərdə şəhərlərimizi ələ keçirəndən sonra qətllər törətdilər, qaçqın və köçkünlərimiz oldu. Amma biz onlar kimi davranmırıq”.

Nəşrdə həmçinin, sentyabrın 21-də Yevlaxda Azərbaycan rəsmiləri ilə Qarabağın erməni sakinlərinin nümayəndələri arasında keçirilən görüşünə də toxunulub: “Azərbaycan tərəfi bildirir ki, konstruktiv danışıqlar reinteqrasiya prosesinin başlanğıcıdır. Yəni, Qarabağ erməniləri silahı yeri qoymalıdır”.

0