"Ruben Vardanyanın saxlanılması ciddi mesajdır" - RƏY

SİYASƏT
10:39 / 28.09.2023
586

"Dünən tarixi anlara şahidlik etdik. Təbii ki, Ruben Vardanyanın Laçın sərhəd-buraxılış məntəqəsindən getmək istəyərkən saxlanılması digər separatçı və quldurbaşlarına da ciddi mesaj olmalıdır".

Bu sözləri HİT.az-a açıqlama verən politoloq Rusif Məmmədsoy deyib.

O, Samvel Babayanın qaçış hekayəsini xatırladıb:

"Bu müstəvidə Samvel Babayanın açıqlamasını xatırlamaq olar. O deyir ki, qondarma qurumun heç bir perspektivi olmadığı üçün mülki ermənilərə qoşularaq aradan çıxıb. Yəqin orada böyük axın olduğu üçün mülki ermənilərin çox yoxlanılmadan keçidinə icazə verilib. 

Lakin Babayan amilindən sonra çox güman ki, Azərbaycan nəzarəti daha da gücləndirib. İndi sözün əsl mənasında Vardanyan və digər separatçılar üçün sərhəd-keçid məntəqəsində "cəhənnəm" yaşadırıq. Xüsusilə Ruben Vardanyanın Bakıya gətirilməsi Araik Arutyunyan və Vitali Balasanyan kimilərinə də mesaj olmalıdır".

334634

Ekspert qeyd edib ki, rəsmi Bakı bundan daha öncə həmin şəxslərə çağırış etmişdi:

"Cənab Prezident İlham Əliyevin 28 mayda Laçına səfəri zamanı səsləndirdiyi fikirləri yada salmaq lazımdır. Prezident Qarabağdakı quldurları silahları yerə qoyaraq təslim olmağa çağırmışdı. Həmçinin vurğulamışdı ki, ancaq o zaman amnitsiya ilə bağlı düşünə bilərik. Lakin daha sonra ermənilərə Bakıda və digər yerlərdə görüşməyi təklif etsək də, bundan imtina etdilər. Nəticələri də bu gün gördüyümüz mənzərədən ibarətdir".

Rusif Məmmədsoy söyləyib ki, ermənilər xəstə təxəyyülü bir toplumdur:

"Çünki ovuc boyda bir ərazidə Azərbaycan kimi güclü orduya sahib ölkəyə qarşı separtaçı əməllərinə davam etdilər. Rusiyanın və digər dövlətlərin dəstəyinə arxalandılar. Elə bu məqamda Vardanyanın saxlanılmasını bir daha vurğulamaq lazımdır. Hətta Rusiya da Ruben Vardanyan saxlanılması məsələsində neytrallıq göstərir. 

Kreml adına açıqlama verən Prezidentin mətbuat katibi Dmitri Peskov Vardanyanın Rusiya vətəndaşı olmadığını bildirib. Xatırlayaq ki, o, 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edib və həmin sənədin aşağısında da Vladimir Putinin imzası var".

Pərviz

0