Reinteqrasiya prosesi nə qədər davam edəcək?

SİYASƏT
19:54 / 03.10.2023
417

 Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib ki, Azərbaycan erməni sakinlərini bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiya etməkdə qərarlıdır.

Bundan əlavə, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin olunması və Azərbaycan dövlətinin himayəsindən istifadə etmələrinə imkan yaradılması məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi qrupa verilən müvafiq tapşırıqlar çərçivəsində Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Qarabağ iqtisadi rayonunda fəaliyyəti davam etdirirlər.
Son məlumatlara görə, 7 erməni Azərbaycan vətəndaşlığı üçün müraciət edib.

Bəs reinteqrasiya prosesinin nə qədər davam etməsi gözlənilir? 

Politoloq Samir Hümbətov Hit.az-a açıqlamasınds bildirib ki, reinteqrasiya prosesi ilə bağlı tam dəqiq proqnoz vermək bir qədər çətindir:

"Çünki biz gözləmədiyimiz hadisələr son 15 gündür ki baş verməkdədir. Bu o deməkdir ki, reinteqrasiya prosesində də müəyyən sürətli hadisələr baş verə bilər. Bu da regiondakı və dünyadakı proseslərdən, həmçinin, Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiya prosesinə nə dərəcədə maaraq göstərməsindən asılıdır. Gözlənti ondan ibarərdir ki, bu proses daha qısa müddətdə getsin. Çünki Azərbaycan orada bütün dövlət strukturlarını təsis edir. O baxımdan düşünürəm ki, vəziyyətdən asılı olaraq ya qısa, ya da uzunmüddətli ola bilər".

Aynur Əli

0