“Rusiyaya Azərbaycan tərəfindən saxlanılan Qarabağdakı separatçıların keçmiş “rəhbər”lərinin sərbəst buraxılması və Ermənistana qaytarılmasına yardımın göstərilməsi ilə bağlı müraciət edilməyib”.
“Qafqazinfo” “News.am”a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, sözügedən məsələ ilə bağlı Rusiyaya rəsmi və yaxud qeyri-rəsmi müraciət edilməyib.