Qərbin "bitərəf" siyasəti: "Heç bir çağırış Azərbaycanı prinsipial mövqeyindən döndərə bilməz"

SİYASƏT
16:52 / 06.10.2023
547

Bildiyiniz kimi, Avropa Parlamenti (AP) Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar qoymağa çağıran qətnamə qəbul edib. 491 deputat qətnamənin leyhinə 491, 9 deputat əleyhinə səs verib. Bundan əlavə, 36 deputat bitərəf qalıb.

30 ildir ki, Azərbaycana qarşı olunan haqsızlıqlara, torpaqlarımızın işğal altında qalmasına, atəşkəsin dəfələrlə pozulmasına biganə yanaşən beynəlxalq təşkilatlar bu gün Azərbaycanın qarşısında dayanır. Azərbaycanın öz torpaqlarındakı terrorçuları təmizləməsini qəbul etməyən bəzi Qərb dövlətləri ermənipərəst siyasət yürütməyə davam edir.

Politoloq İlyas Hüseynov Hit.az-a bu barədə danışıb.

O bildirib ki, heç bir qüvvə Azərbaycanı haqq yolundan döndərməyəcək:

"Özlərini vasitəçi kimi təqdim edənlər bu gün açıq oyun aparır, Ermənistana ya birbaşa, ya da dolayı yolla dəstəyini nümayiş etdirir.  Lakin bütün bu çağırışlar Azərbaycanın prinsipial mövqeyinə təsir edə bilməz. Heç nə Azərbaycanı öz haqq yolundan döndərməyəcək. Bu gün Azərbaycan öz haqq mübarizəsini davam etdirir. Həm də beynəlxalq hüququn təməl prinsiplərinu pozmadan bunu edir. Bütün terrorçular, əli Azərbaycan xalqının qanına bulaşanlar məsuliyyətə cəlb olunacaqlar, qanun qarşısında cavab verəcək, törətdikləri cinayət əməllərinə görə cinayətə cəlb olunacaqlar. Heç bir qüvvə Azərbaycana bu yolla təsir edə bilməyəcək".

Aynur Əli

0