Naxçıvanda daha bir nazir işdən çıxarıldı

SİYASƏT
16:05 / 11.10.2023
507

Daşqın Rəhimov Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifəsindən azad edilib.

HİT.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov oktyabrın 11-də Sərəncam imzalayıb.

Sərəncamla Daşqın Hidayət oğlu Rəhimov Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifəsindən azad edilib.

0