Həbs olunma növbəsi Serj Sarkisyandadır? - "Xocalı soyqırımında iştirakı şübhə doğurmayan..."

SİYASƏT
14:12 / 13.10.2023
568

"Xocalı soyqırımında iştirakı şübhə doğurmayan Serj Sarkisyanın Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərləri ilə muqayisədə həbsi mövcud qanunvericiliyin tələbləri baxımından bir qədər çətindir".

Bunu Hit.az-a açıqlamasında politoloq Elşən Manafov deyib.

O bildirib ki, Sarkisyan Ermənistanın sabiq prezidentidir və toxunulmazlıq hüququ var:

"Digər tərəfdən o, Ermənistan parlamentində əsas müxalifət fraksiyasının sədri, parlamentin deputatıdır. Deputat olaraq da toxunulmazlıq hüququna malikdir. Ermənistan prokurorunun parlamentə sorğusu hesabına o, bu hüququndan məhrum edilə bilər. Paşinyan konyuktur maraqları naminə onun həbsinə razılıq versə də, parlament m1xalifətinin bu qərarın qəbul edilməsini bloklaya biləcəyi məlumdur. Üstəlik Sarkisyanın seçiciləri Ermənistanın etiraz elektoratını təşkil edir. Bununla belə Azərbaycanın Beynəlxalq Haaqa Məhkəməsinə müraciət hüququ var. Məhkəməyə təkzibedilməz faktların təqdim edilməsinin bu işə təkan vermək üçün böyük əhəmiyyəti ola bilər. Ancaq bu məhkəməninin də beynəlxalq güclərin təsir və istəkləri ilə qərarlar qəbul etməsi məlumdur".

Qeyd edək ki, ötən ayın sonu Qarabağdakı qondarma qurum özünü buraxıb.

Bu barədə özünü qondarma qurumun “prezidenti” adlandıran Samvel Şahramanyan “fərman” imzalayıb. "Fərman"a görə “Dağlıq Qarabağ Respublikası” adlanan xəyali qurum 1 yanvar 2024-cü ilə qədər tamamilə ləğv olunacaq. Lakin xunta rejimin rəhbər şəxsləri tutularaq Bakıya gətirilib. Bundan ılavə, Xocalı Soyqırımında iştirak edən, əli azərbaycanlıların qanına bulaşan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın da Azərbaycana gətiriləcəyi və qanun qarşısında cavab verəcəyi barədə fikirlər var.

Aynur Əli

0