"Əsirlərin təhvil verilməsi sülh danışıqlarının mütləq predmeti olacaq"

SİYASƏT
22:00 / 17.10.2023
536

"Əsirlərin təhvil verilməsi ilə bağlı məsələ Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarının mütləq predmenti olacaq".

Bu sözləri Hit.az-a açıqlamasında hüquqşünas Əsabəli Mustafayev deyib. O bildirib ki, əsirlərin dəyişdirilməsi məsələsi gündəmə gələ bilər:

"Ermənistanda saxlanılan azərbaycanlılar varsa, bunu iki kateqoriyaya bölmək lazımdır. Hərbi əsirlər kimi saxlanılanlar, mülki şəxslər. Görünür, dəyişikliklər aparıla bilər. Əsirlərin dəyişdirilməsi məsələsi gündəmə gələ bilər. Dəyişikliklər olandan sonra mülki şəxslər əsirlikdə saxlanılıbsa, şikayətlər hazırlanıb Avropa Məhkəməsinə göndərilməlidir. Çünki mülki şəxslərin girov saxlanılması beynəlxalq konvensiyalarla qadağandır. Bu, cinayət sayılır. Yəqin ki, bu məsələyə baxılacaq. Hazırda Azərbaycan Ermənistanda nə qədər azərbaycanlının saxlanılmasl ilə bağlı siyahını tələb etməlidir. Bunların neçəsi hərbçidir, neçəsi mülki şəxsdir - bunlar aydınlaşdırılmalıdır. Bununla bağlı danışıqlar gedəcək". 

Aynur Əli

0