Deputat: "150 min Qərbi Azərbaycanlı öz yurdlarında yaşamalıdır"

SİYASƏT
19:38 / 17.10.2023
448

"44 günlük Vətən Müharibəsində əldə olunan zəfərdən sonra Ermənistan 3 tərəfli bəyanatı imzalamaq məcburiyyətində qaldı və bir çox öhdəlikləri üzərinə götürdü. Amma ötən 3 il müddətində bu öhdəlikləri yetimə yetirməkdən boyun qaçırdı, sülh prosesinə səmimi yanaşmadı, hər dəfə təxribatlar törətdi".

Bu sözləri Hit.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. O bildirib ki, Azərbaycanın işğalda olan 8 kəndi də Azərbaycana qaytarılmalıdır:

"Sentyabr ayının 19 və 20-də lokal antiterror tədbirlərinin keçirilməsi zərurəti Ermənistanın məsuliyyətsizliyi və verdiyi öhdəlikləri də yerinə yetirməməsi ilə əlaqəli oldu. Ancaq Azərbaycan suverenliyini tam şəkildə bərpa edib. Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində bu mümkünləşdi.

İndi isə biz unutmamalıyıq ki, Azərbaycanın işğal altında plan 8 kəndinin nəzarəti hələ də Ermənistandadır. Bu kəndlərin qeyri şərtsiz Azərbaycana qaytarılması yerinə yetirilməlidir. Bu kəndləri boşaltmağı sürətləndirmək əvəzinə Paşinyan yenidən sərsəm açıqlamalar verməkdədir. Hərçənd ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini Paşinyan və Ermənistan hökuməti səsləndirmişdi. Amma hazırda bu prosesi həyata keçirmək əvəzinə həqiqəti əks etdirməyən, uydurma açıqlamalar verir. Ermənistan 3 tərəfli bəyanatın digər müddəlarını yerinə yetirməkdən boyun qaçıracağı halda Ermənistan üçün ağır nəticələr ola bilər. Ermənistan ən qısa zamanda Zəngilandan Naxçıvana gedən dəmir yolu və avtombil yollarının işə düşməsi, Zəngəzur koridorunun reallaşması məsələsinə səmimi yanaşmalıdır, 8 kəndi Azərbaycana geri qaytarmalıdır, Qərbi Azərbaycandan didərgin düşən 150 min azərbaycanlının öz dədə baba yurduna qayıdaraq orada yaşama hüquqlarını tanımalıdır".

Aynur Əli

0