Bayramovla Lavrov "3+3" platformasını müzakirə etdi

SİYASƏT
18:04 / 20.10.2023
405

Oktyabrın 20-də Rusiya xarici işlər naziri Sergey Lavrovla Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

HİT.az Rusiya XİN-ə istinadən xəbər verir ki, xarici işlər nazirləri ikitərəfli münasibətlərin aktual məsələlərini, regional və beynəlxalq gündəmi müzakirə ediblər.

Nazirlər, “3+3” regional platformasının fəaliyyəti ilə bağlı yanaşmaları nəzərdən keçiriblər.

Sonrakı təmaslar barədə razılığa gəlinib.

0