Ermənistanın yürütdüyü xarici siyasət və ölkənin böyük güclərin əlində alətə çevrilməsi onun gələciyini ciddi təhdid altına salıb. Artıq regiondakı güclər də Ermənistana qarşı yönəlib. Paşinyan hakimiyyətinin israrla Qərbi, xüsusilə Fransanı regiona gətirmək cəhdləri nə İran, nə də Rusiya tərəfindən qəbul edilən deyil. İran və Rusiyanın bu məsələdə Ermənistana hər hansısa güzəşt edəcəyi real görünmür.
Ermənistan mövcud xarici siyasəti onun beynəlxalq güclərin ayağı altında qalmasına səbəb ola bilər. Əgər gedişat belə davam edərsə, Ermənistandakı vəziyyət Suriya və Ukraynada olduğu kimi təkrarlana bilər.
Artıq həm Rusiya, həm də İran proseslərin hansı istiqamətdə inkişaf etdiyini anlayırlar. Hər iki tərəf bilir ki, Fransa Ermənistanın vasitəsilə regiona soxulmaq istəyir. Hər iki dövlətin artıq qabaqlayıcı planları da mövcuddur, hətta proseslərin bu istiqamətdə cəryan etməsi müəyyən anlamda Ermənistanın dölvətçilyini də sual altında qoya bilər.
Hazırda Ermənistan bir növ region üçün münaqişə ocağı, barıt çəlləyi rolunu oynayır. Ermənistan üzərində beynəlxalq maraqların toqquşması isə ilk növbədə Ermənistan cəmiyyəti üçün sarsıdıcı olacaq. İqtisadi asılılıqdan və sosial rifahın aşağı olmasından kifayət qədər əziyyət çəkən ermənilər üçün bu gedişat müsbət heçnə vəd etmir. Ölkə xairici siyasi kursu onu eyni zamanda iqtisadi böhrana da sürükləyir.
Artıq Azərbaycan ərazi suvernliyini təmin edib və Ermənistan ilə heç bir siyasi problemi yoxdur. Azərbaycan növbəti mərhələdə sülh müqaviləsinin imzalanmasının və regionda davamlı sülhün formalaşmasının tərəfdarıdır. Lakin Ermənistanın tutduğu siyasi yol buna mane olur, Fransanın əlaltısına çevrilən Ermənistan havadarlarının çaldığı havaya oynayır və sülhdən yayınır. Digər bir tərəfdən artıq qardaş ölkə Türkiyənin də Ermənistan ilə bir problemi qalmayıb, çünki Azərbaycan öz ərazi süverenliyini təmin edib. Türkiyəli rəsmilər də bu bəyanatları açıq şəkildə bildiriblər ki, Azərbaycanın ərazi suvernleyinin bərpası, işğal edilmiş ərazilər azad olunduqdan sonra Ermənitanla heç bir siyasi məsələ qalmır.
Ermənistan hakimiyyəti isə əlinə düşmüş fürsəti dəyərləndirib bölgədəki meqa iqtisadi layihələrə qoşulmaq əvəzinə bölücü və pozucu rol oyanamağa çalışır. Bu məsələdə isə Qərbin, xüsusilə də Fransanın köməyinə arxalanır. İran və Rusiya amili isə niyəsə Ermənistan hakimiyyəti tərəfindən gözardı edilib.
Proseslərin növbəti mərhələdə bu formada inkişafı isə Rusiya və İranın Ermənistana ciddi təzyiqləri ilə nəticələnəcək. Bu halda isə Ermənistana nə Fransa, nə də Avropa İttifaqının misayı yardım edə bilməyəcək. Onsuz da bu dövlətlərdən asılı vəziyyətdə olan Ermənistan Qərbə arxalanmaqla öz vəziyyətini daha da pisləşdirə bilər. Tezliklə Ermənistanda müxtəlif toqquşmaların, hətta çevriliş cəhdlərinin də şahidi ola bilərik.
Hətta hər iki ölkə Ermənistana müxtəlif formalarda xəbərdarlıq mesajları da göndərməyə başlayıb. İki ölkənin yerli mediasında yayımlanan məqamələlər və açıqlamalar da bunu deməyə əsas verir.
Mənbə: Trend.az