"3+3" formatı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini tezləşdirə bilər - ŞƏRH

SİYASƏT
15:05 / 25.10.2023
787

"Sözsüz ki, "3+3" formatı region üçün vacib bir formatdır".

Bu sözləri HİT.az-a açıqlama verən politoloq Rizvan Hüseynov deyib.

O, bu formatda olan ölkələrin birgə fəaliyyətindən söz açıb:

336566

"Burada həm 3 region ölkəsi, həm də əsas ətraf ölkələr Türkiyə, Rusiya və İran iştirak edir. Nə gözəl ki, bu dönəmdə Rusiya, İran, Türkiyə və Azərbaycanın mövqeyi regionun bəzi təhlükəsizlik məsələləri ilə bağlı üst-üstə düşür. Burada 5-ci element isə Ermənistandır. Ümid edək ki, Rusiya və İranın vasitəsilə Ermənistan Azərbaycanla sülh imzalamaq mövqeyinə daha da yaxınlaşa bilər".

Politoloq qeyd edib ki, Gürcüstanın da "3+3" platformasında iştirak etməsi onun özü üçün yaxşı olardı:

"Əfsuslar olsun ki, Gürcüstan "3+3" formatında iştirak etmir. Halbuki, gələcək perspektiv üçün Gürcüstan nümayəndələrinin də görüşlərdə iştirak etməsi önəmli olardı. Türkiyədə keçiriləcək gələn görüşlərdə isə daha mühüm məsələlərin müzakirə olunacağına ümid edirik".

Pərviz

0