Samvel Babayan Qarabağdakı qondarma rejimin səhifəsinin bağlandığını hesab edir.
APA xəbər verir ki, Qarabağ separatçılarının “keçmiş müdafiə naziri” bu barədə “CivilNet” xəbər portalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu məsələ Ermənistanda heç kimə maraqlı deyil və “Azərbaycanla Qarabağda ləğv olunmuş qondarma rejim arasında danışıqların bərpası ehtimalı sıfıra bərabərdir”.
Samvel Babayan əlavə edib ki, hazırkı reallıq bu imkanların tükəndiyini göstərir.