Fazil Mustafa professorla arasında yaşanan qalmaqaldan danışdı

SİYASƏT
16:00 / 27.05.2020
1227

Xəbər verdiyimiz kimi, deputat Etibar Əliyevin sosial şəbəkədə rus-amerikan şairi, Nobel mükafatı laureatı İosif Brodski haqqında yazdığı status Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, professor Kamil Vəli Nərimanoğlu ilə deputat Fazil Mustafa arasında gərginliyə səbəb olmuşdu. Nəticədə tərəflər bir-birləri haqqında sərt ittihamlar səsləndirmişdi.

Məsələ ilə bağlı deputat Fazil Mustafanın mövqeyini öyrəndik.

Deputat Publika.az-a açıqlamasında bildirdi ki, məsələ qarşılıqlı anlayış əsasında bağlanıb:

“Artıq yeni mübahisənin açılmasını istəmirəm. Ona görə də bu məsələ ilə bağlı münasibət bildirmək fikrim yoxdur. Ancaq bəzi məsələlər var ki, yaxın günlərdə onlara aydınlıq gətiriləcək. Postları isə mən də sildim, onlar da öz səhifələrindən pozdular. Məsələni yoluna qoyduq”.

 

0
Publika.az