Ermənistanın Rusiyaya qarşı aqressiyasına səbəb nədir? - ŞƏRH

SİYASƏT
12:38 / 13.11.2023
517

"Ermənistanın Rusiyaya qarşı aqressiyasının kökündə bir sıra ciddi məqamlar durur".

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov HİT.az-a açıqlamasında deyib.

O bildirib ki, Ermənistanda Nikol Paşinyan hakimiyyətinə qədər keçmiş "Qarabağ klanı"nın cinayətkar ünsürləri olan Robert Köçəryan və Serj Sarkisyan Rusiyayönümlü siyasət aparırdılar:

"Ermənistan onların dönəmində tamamilə Rusiyanın təsiri altında idi. Lakin Rusiyaya qarşı bütün cəbhələrdə hücuma keçən Qərb dövlətləri Ermənistan vasitəsilə də rəsmi Moskvaya zərbə vurmağa çalışdılar. Əslində məhz bu yolla hakimiyyət dəyişikliyi baş verdi və Nikol Paşinyan "demokratik lider" adı altında sanki küçədən iqtidara gətirildi. Yəni bu, Qərb dövlətlərinin növbəti layihəsi idi. Onlar, Ermənistanda öz dayaq nöqtələrini gücləndirmək və Rusiyanı oradan çıxarmaq niyyəti ilə bu addımı atdılar. Təsadüfi deyil ki, Paşinyan iqtidara gəldiyi gündən etibarən, Ermənistanda anti-Rusiya ritorikası, meyilləri və siyasi kursu başladı".

Ekspert xatırladıb ki, Paşinyan 2018-ci ilin aprel ayında hakimiyyətə gəldikdəndən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) rəhbərlik edən erməni əsilli sədri həbs etdi və vəzifəsindən uzaqlaşdırdı:

"Həmçinin, Paşinyanın rəhbərliyi ilə Ermənistan KTMT-nin maraqlarına zidd addımlar atmağa başladı. Hətta hərbi təlimlərlə bağlı əldə edilmiş razılaşmaları pozdu. Azərbaycan Qarabağı tamamilə işğal etdikdən sonra isə Ermənistanda ümumilikdə anti-Rusiya mövqeyi nümayiş etdirilməyə başlanıldı. Paşinyan da bu amildən istifadə edərək, cəmiyyəti Rusiyaya qarşı qaldırdı".

Həmsöhbətimiz diqqətə çatdırıb ki, rəsmi İrəvan müstəqil şəkildə Rusiyaya qarşı addımlar atmır:

"Ermənistanın Rusiyanın forpostu olmaqdan imtina etdiyi iddia edilsə də, bunu rəsmi İrəvan özü etmir. Yəni Ermənistan indi də Qərbin "çaldığı hava ilə oynayır". Nikol Paşinyan hakimiyyətə gələrkən Qərb dövlətləri qarşısında götürdüyü öhdəliklərə uyğun şəkildə bu addımı atır. Düşünürəm ki, Ermənistanın Rusiyaya qarşı aqressiyasının səbəbləri bunlardır".

Pərviz

0