Bakının Vaşinqton görüşündən imtinasına ABŞ-dan reaksiya: İstər burada, istərsə də...

SİYASƏT
09:47 / 17.11.2023
423

ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləməyə davam edəcək.

Publika.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Azərbaycan tərəfinin Vaşinqton görüşündən imtina etməsi ilə bağlı sualı cavablandırarkən deyib.

“ Biz Azərbaycan və Ermənistan arasında problemlərin həlli üçün sülh danışıqlarını dəstəkləməyə davam edəcəyik. İstər burada, istərsə də başqa yerdə, biz hər iki tərəfi bu danışıqlarda iştirak etməyə təşviq edirik. Bu, bizim siyasətimiz olaraq qalacaq", - Miller bildirib.

0