Paşinyan: "Ermənistan və Azərbaycan sülh müqaviləsinin əsas prinsipləri barədə razılığa gələ bilib"

SİYASƏT
15:52 / 18.11.2023
660

"Ermənistan və Azərbaycan sülh müqaviləsinin əsas prinsipləri barədə razılığa gələ biliblər".

HİT.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, əsas məsələlərlə bağlı konsensus əldə olunub.

Paşinyanın sözlərinə görə, sülhlə bağlı əsas prinsiplərin razılaşdırılması Brüsseldə keçirilən görüşlər nəticəsində əldə olunub: “Bu, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə baş verib”.

0