Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan noyabrın 30-da Karvansara (İcevan) və Qazax rayonları ərazisindəki sərhədyanı məntəqədə görüşəcək.
HİT.az xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.
Görüş çərçivəsində Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin demarkasiya və delimitasiyası məsələləri müzakirə olunacaq.