ABŞ-nin yeni təyin olunmuş səfiri Mark Libby Bakıya gəlib.
HİT,az xəbər verir ki, bu barədə səfirliyin X hesabında bildirilib.
"Azərbaycana təyin olunmuş səfir Mark Libby - xoş gəlmisiniz! Biz ABŞ-Azərbaycan münasibətlərini inkişaf etdirmək, regionda davamlı və uzunmüddətli sülhə doğru çalışmaq üçün işə başlamağı səbirsizliklə gözləyirik” – deyə Səfirlikdən bildirib.