Vikipediya Əli Həsənovun FETO ilə əlaqələri haqqında məlumatları təsdiqlədi

SİYASƏT
16:57 / 27.05.2020
1640

Vikipediya Əli Həsənov haqqında məlumatlara yeni əlavələr edib.

Konkret.az xəbər verir ki, həmin məlumatlarda onun FETO ilə əlaqələri ilə bağlı araşdırma aparıldığı deyilir.

Eyni zamanda 1995-ci ildən 2019-cu ilə qədər Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik etmiş Həsənovun oğlu Şamxal Həsənovun Azərbaycanda FETO-ya dəstək verməsi haqda məqalələrlə cıxış etdiyi vurğulanır. Hər iki fakt üzrə araşdırmanın davam etdiyi diqqətə çatdırılıb.

Məlumatda eyni zamanda Əli Həsənovun dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsində iştirak etdiyi bildirilir.

0