Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Tiflisdə imzalanacaq? - RƏY

SİYASƏT
13:30 / 13.12.2023
598

"İndiyə qədər Gürcüstanın paytaxtı Tiflis Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün ən neytral və məqbul şəhər hesab olunurdu".

Bu sözləri politoloq Rusif Məmmədsoy HİT.az-a açıqlamasında bildirib.

O buna baxmayaraq, Fransanın Gürcüstan üzərindən Ermənistana silah daşıdığını da xatırladıb:

339765

"Fransanın Ermənistana silah tədarükü prosesində Gürcüstanın iştirak etməsi bu məsələni bir qədər arxa plana saldı. Ancaq istənilən halda, bu gün həm Qərbdən, həm də Rusiyadan uzaq olan Tiflisdə sülh müqaviləsi imzalamağın Azərbaycan və Ermənistan üçün daha məqbul olduğunu düşünürəm. Əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır".

Ekspert vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hansı şəhərdə imzalanmasının ciddi bir əhəmiyyəti yoxdur:
"Əsas məsələ yekun sülh müqaviləsinin Azərbaycanın şərtləri çərçivəsində imzalanmasıdır. Amma onun Qərbdə və ya Rusiyada imzalanmasının o qədər də əhəmiyyəti yoxdur". 

Lakin Rusif Məmmədsoy sülh müqaviləsinin Tiflisdə imzalanmasının daha yaxşı olacağını deyib:

"Hesab edirəm ki, tərəflər arasında sülh müqaviləsinin imzalanması üçün Tiflis hələ də şanslarını qoruyur. Məncə, sülh müqaviləsinin orada imzalanması daha məqsədəuyğun olar".

Pərviz

0