Rəsmi Bakı Ermənistanın təkliflərinə cavab hazırlayır

SİYASƏT
15:42 / 14.12.2023
475

“Ermənistandan aldığımız təkliflər paketi əvvəlkilərlə eyni deyil. Yeni təkliflər paketində nikbinlik var".

HİT.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 14-də Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu addımlarla neqativ keçmişi olan məsələni addım-addım irəli aparıla bilər: “Ermənistan öz istəklərini deyil, beynəlxalq hüquqa hörməti sərgiləyərsə müsbət nəticə əldə etmək mümkündür”.

Nazir bildirib ki, noyabrın sonunda Ermənistan tərəfindən alınan sülh sazişi üzrə şərtlərlə bağlı Azərbaycan tərəfi öz mövqeyini formalaşdırır. Onun sözlərinə görə, yaxın zamanlarda onlar qarşı tərəfə təqdim ediləcək: "Mən buradan çağırış etmək istəyirəm ki, Azərbaycanla Türkiyənin bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi ilə bağlı mövqeləri eynidir".

0