Sülh müqaviləsi ilə bağlı açıqlamalar verən Paşinyanın əsl məqsədi nədir?

SİYASƏT
11:56 / 15.12.2023
628

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasının real olduğunu deyib. 

O bildirib ki, Ermənistan regionda kommunikasiyaların açılması üçün effektiv və konkret addımlar atmağa hazırdır. 

Artıq Paşinyan administrasiyası tərəfindən sülh üçün real addımların atılmağa başladığını deyə bilərik, yoxsa əsas məqsəd başqadır? 

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli HİT.az-a açıqlamasında bildirib ki, Paşinyanın sözlərində reallıq yoxdur:

339935

"Sadəcə olaraq Ermənistanın təzyiq qarşısında qalma faktoru var. Bu isə bir qədər Rusiyanın mövqeyini gücləndirməyə çalışması ilə əlaqədardır. Daha dəqiq desək, Ukraynadakı müharibədə Rusiyanın əlində müəyyən üstünlüklər var. Təbii ki, bunun da real siyasi nəticələri olacaq. 

Həmin siyasi nəticələrdən biri də Nikol Paşinyan administrasiyasının Rusiyanın başının qarışmasından istifadə edərək həyata keçirdiyi bəzi tədbirlərə qarşı atılacaq addımlar olacaq. Bununla bağlı revanş məsələsi gündəmə gəldikdə də rəsmi İrəvan özünü sülh müqaviləsi imzalamağa can atan kimi göstərir. Lakin onların bu yöndə səmimi olduqlarına inanmıram".

Pərviz

 

0