Xankəndidə yeni seçki məntəqəsi yaradılacaq.
HİT.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.
Onun sözlərinə görə, Xocalı, Əsgəran və Ağdərədə də seçki məntəqələri yaradılacaq: "Hamımız həmin ərazilərdə səs verəcək seçicilərə həsəd aparacağıq".
Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov isə bildirib ki, azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılacaq.
“Təxminən azad edilən əraziləri əhatə edən 9 seçki dairəsində 26 seçki məntəqəsinin yaradılması planlaşdırılır”, deyə MSK rəsmisi bildirib.
Rövzət Qasımov bildirib ki, digər 7 dairə üzrə də 20 seçki məntəqəsinin yaradılmasına ehtiyac var.