7 fevralda keçiriləcək seçkilər tarixi özəlliyə malikdir - RƏY

SİYASƏT
12:50 / 18.12.2023
597

"7 fevral tarixində keçiriləcək növbədənkənar prezident seçkilərinin ən böyük özəlliyi ondan ibarətdir ki, müstəqillik illərində ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində seçki keçiriləcək".

Bu sözləri politoloq Aydın Quliyev HİT.az-a açıqlamasında deyib.

O bildirib ki, ilk dəfə olaraq hər bir seçici öz doğma ərazisində səs verəcək:

"Üstəlik, işğaldan azad edilən Qarabağda seçkilərin keçirilməsini xüsusi vurğulamaq lazımdır. 30 il ərzində separatçıların yuvasına çevrilmiş Xankəndidə də seçkinin keçirilməsi çox böyük uğurdur. Bu seçkilər ölkənin bütün ərazilərini əhatə etməsinə görə tarixi özəlliyə sahibdir.

Əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam şəkildə bərpa olunması Prezident İlham Əliyevin adı ilə bağlıdır. Bu tarixi zəfərin müəllifi Prezident, Ali Baş Komandan İlham Əliyevdir".

340093

Həmsöhbətimiz vurğulayıb ki, ölkənin ərazi bütövlüyü və suverenliyinin bərpa olunması məhz İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir:

"Bu siyasət bütün Azərbaycan xalqını və resurslarını "Dəmir yumruq" kimi bir araya gətirə bildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığımız möhtəşəm zəfərdən sonra müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində seçkilər keçirə bilirik. Əlbəttə ki, bu, İlham Əliyevin uğurla apardığı iqtisadi, diplomatik, hərbi, daxili və xarici siyasət kursunun birbaşa nəticəsidir".

Aydın Quliyev qeyd edib ki, bizə tarixi sevincləri bəxş edən İlham Əliyevin reytinqi hazırda ən yüksək səviyyədədir:

"Onun 7 fevralda keçiriləcək seçkidə bir daha xalqın dəstəyini qazanaraq, qalib gələcəyi şübhə doğurmur. Çünki belə tarixi uğurların memarı olan İlham Əliyevin qarşısında hansısa namizədin müqavimət göstərmək ehtimalı da yoxdur. Hətta xalqın dəstəyi ilə İlham Əliyevin əvvəlki seçkilərdən daha böyük səslə qalib gəlməsini gözləyirəm. 

Düşünürəm ki, budəfəki seçkilərdə İlham Əliyevə səs verəcək seçici sayı əvvəlki seçkilərdən qat-qat çox olacaq. Hətta ən radikal müxalifət dəstəkçilərinin də bu dəfə İlham Əliyevə səs verəcəyini gözləyirəm. Çünki bütün xalqın 30 illik arzusunu həyata keçirərək Qarabağı işğaldan azad edən, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmə vəzifəsini uğurla yerinə yetirən məhz Prezident İlham Əliyevdir". 

Pərviz

0