"Şübhəsiz ki, Xankəndidə futbol matçının keçirilməsi çox böyük tarixi hadisə idi".
Bu sözləri HİT.az-a açıqlama verən politoloq Kənan Novruzov deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin topu mərkəzdən oyuna daxil etməyi özü də simvolik əhəmiyyətli hadisə oldu:
"Əslində Prezident, Ali Baş Komandan İlham Əliyevin diplomatiyasını futbolla müqayisə etsək, hər vurduğu topun qol olduğunu deyə bilərik. Çünki İlham Əliyev apardığı uğurlu siyasət nəticəsində daima tarixi addımlara imza atır.
Əlbəttə ki, Prezident İlham Əliyevin Xankəndidən verdiyi mesaj təkcə Ermənistanın hərbi-siyasi hakimiyyətinə deyil, bütövlükdə dünya ictimaiyyəti və rəsmi İrəvanın havadarlarına ünvanlanmışdı".
Politoloq "Qarabağ"ın Xankəndidə futbol matçına çıxmasının həm də revanşistlərə bir mesaj olduğunu söyləyib:
"Azərbaycan bir daha xatırlatdı ki, bundan sonra hansısa revanşist cəhdlərə yer yoxdur. İstənilən revanş cəhdi bumeranq effekti verəcək.
"Qarabağ Azərbaycandır!" şüarının dəfələrlə səsləndirilirməsi məhz bu baxımdan da olduqca əhəmiyyətlidir. Həm Ermənistan, həm də ona havadarlıq edənlər başa düşməlidirlər ki, daha odla oymamaq olmaz. Onlar anlamalıdırlar ki, bundan sonra ancaq sülh yolu tutmalıdırlar".
Pərviz