"Xankəndidə matçın keçirilməsi qürurvericidir" - Ekspert

SİYASƏT
13:07 / 22.12.2023
646

"35 ildən sonra "Qarabağ" Futbol Klubunun Xankəndi Şəhər Stadionunda yenidən meydana çıxması təkcə idman cameəsi üçün deyil, bütövlükdə Azərbaycan ictimaiyyəti və türk dünyası üçün qürurverici haldır".

Bu sözləri HİT.az-a açıqlama verən politoloq Elçin Abdullayev bildirib.

O deyib ki, Prezident İlham Əliyevin topa ilk toxunuşu etməsi də xüsusi əhəmiyyətə malik idi:

340400

"Prezident İlham Əliyevin Xankəndi stadionunun mərkəzindən topa ilk toxunuşu etməsi həm də siyasi mesajdır. Bu, artıq Qarabağ məsələsinin köklü şəkildə həll olunduğunu göstərir. Bununla da Azərbaycan dövləti digər bölgələri olduğu kimi Qarabağın da özünün ayrılmaz bir parçası olduğu reallığını dünyaya çatdırır". 

Ekspertin fikrincə, belə oyunlar daha çox keçirilməlidir:

"Düşünürəm ki, bu cür matçların sayı çox olmalıdır. Dünən Azərbaycan və türk dünyası adına fəxarət hiss etdiyimiz gün idi. Belə qələbələrimizin davamlı olmasını təmənni edirəm". 

Pərviz

0