Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin harada imzalanması proqnozlaşdırılır? - RƏY 

SİYASƏT
12:00 / 25.12.2023
550

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin harada imzalanacağı qeyri-müəyyən olaraq qalır".

Bu sözləri HİT.az-a açıqlama verən politoloq Aydın Quliyev deyib. 

Lakin o bildirib ki, bu, həm də aktual məsələdir:

340611

"Çünki sülh danışıqları mütləq şəkildə yekunlaşmalı və saziş imzalanmalıdır. Amma bu gün sülh müqaviləsi ilə bağlı danışıqlarda fasilə əmələ gəlib. Bu fasilənin nə vaxt aradan qalxacağı də bəlli deyil. Bu halda isə sülh müqaviləsinin harada və nə zaman imzalanacağı ilə bağlı qeyri-müəyyənlik artır. Sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar bərpa olunmalıdır. Ondan sonra sözgedən sazişin harada imzalana biləcəyini təxminən proqnozlaşdırmaq olar". 

Politoloq qeyd edib ki, indiki vəziyyətdə sülh müqaviləsinin harada imzalanacağını təxmin etmək çox çətindir:

"Sülh danışıqlarının ikitərəfli format daxilində imzalanması ən perspektivli variant kimi görünür. Əlbəttə Ermənistan sülh müqaviləsinin Qərb paytaxtlarının birində imzalanmasına cəhd edə bilər. Lakin ikitərəfli danışıqlar ən perspektivli variantdır. Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlar baş tutacaqsa, onun ya sərhəddə müvafiq bir məntəqədə, ya da Gürcüstan kimi neytral bir ölkənin ərazisində olması variantı çox məqbuldur".

Pərviz

0